2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul 100 milyard dollardan artıq olacaq.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Azərbaycanı qiymətləndirən Beynəlxalq Valyuta Fondu (BVF) ölkənin tezliklə qrossmeyster səviyyəsinə çıxacağını anons edib.
Fondun yatırımlarına görə, 2014-cü ildə Azərbaycan ÜDM-i 61,6 milyard manat (79,4 milyard dollar), 2015-ci ildə 67,5 milyard manat (87,8 milyard dollar), 2016-cı ildə 72,7 milyard manat (94,6 milyard dollar) olacaq.
Fond hesab edir ki, 2017-ci ildə ÜDM 79,8 milyard manat (103,8 milyard dollar) olduqda, ölkə iqtisadiyyatı 100 milyard dollardan artıq olacaq. 2018-ci ildə 86,1 milyard manata (112 milyard dollara) qədər artaraq, 2019-cu ildə isə 93,9 milyard manata (122,1 milyard dollar) çatacaq.
BVF öz hesablamalarını dolların 2010-cu ildə qeydə alınmış qiyməti ilə aparır.