Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq
Sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.
Oxu.Az-ın xəbərinə görə, bunu vergilər naziri Mikayıl Cabbarov nazirlikdə 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında çıxışı zamanı deyib.
Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Mikayıl Cabbarov bu il vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib
- Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
- Andrey Plenkoviç Mikayıl Cabbarovu qəbul edib
- Mikayıl Cabbarov Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda iştirak edib
- Mikayıl Cabbarov Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib