Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu gün keçirilmiş iclasda cari ilin ilk altı ayına yekun vurub.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov qeyd edib ki, iyulun 1-nə 531 885 ölkə vətəndaşına ünvanlı sosial yardım (ÜSY) verilir (120 904 ailə).
Sosial yardımın orta ölçüsü hər ailə üçün 120 manat təşkil edir.
Bu zaman ÜSY-nin ayrılması üçün ehtiyac meyarı ayda 93 manat təşkil edir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin