Avqustun 12-də Bakıda demokratik qüvvələrin Milli Şurası – Azərbaycan müxalifətinin orqanının növbəti sessiyası keçiriləcək.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, sessiyadan sonra brifinq keçiriləcək.
Təşkilatın gündəliyində seçkiqabağı kampaniya, MŞ-in vahid namizədinin seçki qərargahının, həmçinin komissiya və komitələrin fəaliyyəti haqqında hesabat, təşkilati məsələlər dayanır.
Qeyd edək ki, bundan əvvəl sessiya avqustun 10-a təyin edilmişdi. Lakin avqustun 5-də İsa Qəmbər, Eldar Namazov və Əli Kərimli onu avqustun 7-nə keçirdilər.
İndi isə sessiyanın tarixi üçüncü dəfə dəyişdirilir.
MŞ-in təsisçilərindən birinin sözlərinə görə, bu, göstərilmiş tarixədək Bakıya gəlməli olan Rüstəm İbrahimbəyovla bağlı məsləhətləşmələrlə əlaqədar ola bilər.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin