Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China Datang Overseas Investment Co." ilə birgə Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıb.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə saziş İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "China Datang Overseas Investment Co." şirkətinin Baş meneceri Yuanlonq Zhou tərəfindən imzalanıb.
Parkın məqsədi bərpaolunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.
Birinci #Azərbaycan Beynəlxalq #İnvestisiya Forumu çərçivəsində Çinin "Datang Overseas Investment Co." şirkətinin prezidenti Yuanlong Jou ilə görüşdük. #Yaşılenerji, #infrastruktur və #sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə etdik. Forum zamanı İqtisadi… pic.twitter.com/I9yuaT9ZOM
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025
Məhərrəm Əliyev