Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda yeni əmlak və torpaq vergisi təsdiqlənib
Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanacaq. 2015-ci ilin 01 yanvar tarixindən etibarən yaşayış sahələrinə münasibətdə binaların sahəsinin 30 kvadratmetrdən artıq olan hər kvadratmetrinə görə yeni dərəcələr ilə əmlak vergisi ödəniləcək.
Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanacaq.
Əmlak vergisi aşağıdakı cədvələ əsasən hesablanacaq:
CƏDVƏL 1
| Yaşayış məntəqələri | Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) |
|
| Bakı | 0,4 |
|
| Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu | 0,3 |
|
| Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri | 0,2 |
|
| Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) | 0,1 |
|
Həmçinin 2015-ci ilin əvvəlindən, kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunacaq: Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.
CƏDVƏL 2
Yaşayış məntəqələri | Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)
|
| ||
10000 m²- dək olduqda | 10000 m²- dən yuxarı olan hissə üçün | 10000 m²- dək olduqda | 10000 m²–dən yuxarı olan hissə üçün |
| |
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
|
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri | 8 | 16 | 0,5 | 1,0 |
|
Digər şəhərlər və rayon mərkəzləri | 4 | 8 | 0,3 | 0,6 |
|
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər | 2 | 4 | 0,1 | 0,2 |
”. |
Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.