Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda yeni kiçik su elektrik stansiyası tikiləcək - 16,7 milyonluq layihə
İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı həyata keçirilən işlər davam etdirilir.
İqtisadiyyat.az xəbər verir ki, bu istiqamətdə yeni kiçik su elektrik stansiyalarının (KSES) yaradılması və yenidən qurulması işləri aparılır.
Beləliklə, "Azərenerji" tərəfindən "Çaykənd-2" KSES tikiləcək.
Qurum tikinti işləri üçün 16 763 385,11 manatlıq müqavilə bağlayıb.
Bundan əlavə, "Azərenerji"nin sifarişi əsasında həmçinin "Təkəqaya" və "Ağçay" KSES-lərin yenidən qurulması işləri də aparılacaq.
Bununla bağlı isə 19 839 606,24 manatlıq müqavilə bağlanılıb.
"Azərenerji" teqi üzrə xəbərlər
- Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır - SƏBƏB
- Sabirabad sakinləri elektrik dirəyindən yıxıldılar - Ölən var
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Ən çox oxunanlar