Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri aparılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətində tender elan edilib.
Dövlət xidməti görüləcək işlərin 18 522 080 manata başa gələcəyini proqnozlaşdırıb.