Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda yenilənmiş pul nişanı tədavülə buraxılıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumat yayıb.
Qeyd edilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını verəcək
- Azərbaycan Mərkəzi Bankı kredit təşkilatını və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ
- Dünya Bankı yaxın beş ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
- "Moody's": Azərbaycanda bu il kreditləşmə artacaq
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb