Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 3 milyard 839,2 milyon manat və ya 15,54% artaraq 2015-ci il dekabrın 1-nə 28 milyard 545,9 milyon manata çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş statistik məlumatda bildirilib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayı ərzində aktivlərin həcmi 773,2 milyon manat və ya 2,78% artıb.
Ülviyyə R. Əli
www.oxu.az