Adolf Hitlerin yenidə nəşr edilmiş “Mayn Kampf” (Mein Kampf) kitabı bu gün Almaniyada satışa çıxarılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, kitab yeni tənqidi şərhlərlə Münhen müasir Universiteti tərəfindən hazırlanıb.
Bundan əvvəl kitabın nəşr hüquqları Bavariya hökümətinə məxsus idi - 31 dekabr 2015-ci ilə qədər.
Lahiyənin rəhbəri Kristian Hartmann RİA Novosti agentliyinə bildirib ki, kitabın yenidən nəşr edilməsinin məqsədi “Mayn Kampf”ı vacib tarixi mənbə kimi tanıtmaq olub.
“Hitler. Mayn Kampf Tənqidi nəşr” adlı kitab iki cilddən ibarətdir və ilkin mətnə 3,5 min elmi şərh əlavə olunub. Bu şərhlərdə Hitlerin xatırlatdığı insanlardan danışılır, onun saxta nəzəriyyəsi izah və təkzib edilir, həmçinin onun təbliğatı, nasist və nifrət ideologiyasına qarşı faktlar göstərilir.