Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il üçün büdcəsini təsdiq edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, gələn il üçün Fondun gəlirləri 11 626 943,4 min manat, xərcləri isə 11 349 934,8 min manat səviyyəsində təsdiq olunub.
Gəlirlərin 11 milyard 221 milyon 286,4 min manatı neft və qaz satışından əldə olunan gəlirlərin, 1,661 milyon manat akrhesabı ödənişlər, 6 milyon 276 min manat neft və qazın ölkəmizin ərazisindən tranzitindən əldə olunan gəlirlər, 379 milyon 580,7 min manat ARDNF-in vəsaitlərinin yerləşdirilməsindən daxil olan gəlirlər, 18 milyon 38,7 min manat bonuslar, 100 min manat digər gəlirlərin payına düşür.
Xərclərə gəldikdə isə, Fonddan dövlət büdcəsinə transfertin həcmi 9 milyard 337 milyon manat, qaçqın və məcburi köçkünlərin social-məişət və məskunlaşma məsələlərinə – 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin qurulması layihəsinə – 80 milyon 221,3 min manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi – 132 milyon 311 min manat, gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər) – 33 milyon 680 min manat, yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsi – 100 milyon manat, Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsinə – 285 milyon manat, Türkiyədə “Star” neft emalı kompleksinin inşasına – 223 milyon 582,5 min manat, TANAP layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə – 800 milyon manat, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 58 milyon 140 min manat ayrılacaq.