Son 5 ildə Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası 307-dən 332-yə yüksəlib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1 204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir”, - nazir qeyd edib.
2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1.204-ə, #kəndtəsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici #qeyrineft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin… pic.twitter.com/CI0XDlyLXH
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 14, 2023