“Bu ilin birinci rübündə Azərbaycanın regionlarında əsas kapitala investisiya qoyuluşu 1,7 milyard manat təşkil edib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88% çoxdur.
2023-cü ilin 1-ci rübü ərzində regionlarda əsas kapitala #investisiya-lar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 88% artaraq 1,7 mlrd. ₼ olmuşdur.#EconomyAz pic.twitter.com/JFvVGURctZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 9, 2023