Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın Rusiya qazını Avropaya nəql etmə yalanı: Reallıq necədir? - AÇIQLAMA + FOTO
“Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarından biri də guya Azərbaycanın Rusiya qazını Avropaya nəql etməsidir. Dünən keçirilən müzakirələrdə və eləcə də Avropa Parlamentinin bir sıra üzvləri ilə görüşlərdə də bu məsələni müzakirə etdik. Bu qərəzli iddianı irəli sürənlərin heç birinin hər hansı faktı və real statistikası yoxdur. Çünki, bu, sadəcə saxta və qərəzli iddiadır, hər hansı reallığa əsaslanmır”.
Bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat müzakirə edilən məsələlərin reallıqda necə olduğunu qeyd edib:
“Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43,9 milyard kubmetr olub. Bu o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə də Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etmək imkanına malik ola bilirdi. 2022-ci ildə qaz hasilatı 46,7 milyard kubmetr olub və 2023-cü ildə hasilat 48,7 milyard kubmetr olacağı gözlənilir. Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb. Bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin. 2022-ci ildə Azərbaycan cəmi 1 milyard kubmetr qaz idxal edib və onun cəmi 10 faizi Rusiyanın payına düşüb. İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq, Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur”.
Millət vəkili qeyd edib ki, “Şahdəniz 2”, “Abşeron” və digər yeni yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını iki dəfə artırmağa imkan verir:
“Mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir. 2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kubmetr olması gözlənilir ki, bunun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək. Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Avropa İttifaqı, hətta digər tərəfdaşların qaz istehlakına töhfə verməyə imkan yaradır. Nəhayət, 2022 və 2023-cü illərin soyuq qışında Avropanın enerji təhlükəsizliyinə dəstək verən Azərbaycanın töhfəsini qiymətləndirə bilməyən Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa bu qış istilikdən istifadə edəndə şükür etsinlər”.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı