Türkiyəyə hər gün orta hesabla 18 milyon kubmetr qaz ixrac edilir.
Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
“2007-ci ildən 2015-ci ilin noyabr ayının 1-nə qədər “Şahdəniz” yatağından 66 milyard kubmetr qaz və 17 milyon ton kondensat hasil edilib. Türkiyəyə bu dövr üçün 36 milyard kubmetr qaz, Gürcüstana isə 4,8 milyard kubmetr qaz ixrac edilib”, - deyə, Yusifzadə qeyd edib.
Bundan başqa, vitse-prezident bildirib ki, Azərbaycan Gürcüstana hər gün orta hesabla 4 milyon kubmetr qaz ixrac edir.
Ülviyyə R. Əli
www.oxu.az