2018-ci ilin altı ayında ölkənin məcmu xarici ehtiyatları 2 milyard 3 milyon dollar və ya 5,6% artıb və 44 milyard 200 milyon dollara çatıb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
Məlum olub ki, ehtiyatların 37 milyard 7 milyon dolları Dövlət Neft Fondunun, 1 milyard dolları Maliyyə Nazirliyinin, 5 milyard 5 milyon dolları Mərkəzi Bankın ehtiyatlarıdır.
Mərkəzi Bankın ehtiyatları üç aylıq mal və xidmətlər idxalını əhəmiyyətli dərəcədə üstələyib.
L.Ə.
www.oxu.az