Cari ilin yanvar ayının 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon dollar olub.
Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu rəqəm manat ekvivalenti ilə 15,978.1 milyon manat olub.
Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
L.Ə.
www.oxu.az