Azərbaycanla İran arasında birgə turizm turları təşkil oluna bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Xorvatiyanın Rovinj şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Icraiyyə Şurasının 100-cü sessiyası çərçivəsində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilə İranın vitse-prezidenti, mədəni-irs, turizm və əl işləri təşkilatının rəhbəri Masud Sultanifar arasında keçirilən görüşdə bildirilib.
Görüşdə, həmçinin İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrinin əhəmiyyəti müzakirə edilib.
Bundan başqa, turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidenti Bakıya dəvət olundu.
Nazir Ə. Qarayev yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacağını bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az