Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, müzakirələr Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında keçirilmiş görüşdə aparılıb:
"Görüşdə ölkələrimizin uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq. Ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr apardıq".
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd İshaq Dar (@MIshaqDar50) ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimizin uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq. #Azərbaycan - #Pakistan #iqtisadi əməkdaşlığının potensialının… pic.twitter.com/xbs1KHzA7W
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2025