İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə görüşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Videokonfrans formatında keçirilən görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, "yaşıl" enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyət nəzərdən keçirilib.
Görüşdə enerji keçidi dövründə səmərəliliyin artırılması, ölkələrimiz arasında birgə layihələrin dəstəklənməsi və investisiya əməkdaşlığının genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
"Azərbaycan və Səudiyyə Ərəbistan "yaşıl enerji"yə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçirib".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr energetika naziri Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirilən görüşdə baş tutub. Tərəflər energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla (@ParvizShahbazov) birlikdə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirdiyimiz görüşdə #energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi,… pic.twitter.com/YNi5rYGhIa
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 8, 2024