Ryazanda ümumi çəkisi 65 kq olan beş qutu Polşa almasını yandırıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, almalar Ryazana alverçi əli ilə gətirilib.
Ticarət məntəqəsinə mal paytaxtın tərəvəz bazasından gətirilib. Ticarət məntəqəsinin sahibi Azərbaycan vətəndaşıdır.
O etiraf edib ki, dünyanı təsadüflər idarə edir. O, Ryazanda satış üçün mal alarkən sadəcə nişanlanmaya baxmayıb. Qutunun üzərində aydın şəkildə “Polşa” yazılıb. İndi dəyən zərəri hesablayırlar, bu, təxminən beş min rubldur.

İyulun 29-da Rusiya prezidenti Vladimir Putin 6 avqustdan etibarən sərhəddə qadağan edilən malların məhv edilməsinə dair fərman imzalayıb. Bundan sonra hökumət sanksiya altına düşən malların məhv edilməsini təsdiqləyib.
2014-cü ilin avqustunda Rusiya vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq edilən ölkələrdən malların gətirilməsini məhdudlaşdırıb. Qadağa altına ət, kolbasa, tərəvəz, meyvə və süd məhsulları düşüb. 2015-ci ilin iyun ayının sonunda Rusiya ərzaq embarqosunu bir il müddətinə uzatmağı qərara alıb. Bu, Avropa İttifaqı sanksiyalarının 2016-cı ilin yanvarına qədər uzadılmasına cavab idi.


