Azərbaycanlılar bu il Gürcüstanda 300 mln. dollar pul xərcləyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgiya Siqua müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstana bu il 1milyon azərbaycanlı gəlib ki,onlarında 300 mini sırf turizim məqsədli səfər edib:
“Azərbaycan turizm sahəsində Gürcüstan üçün əsas 3 dövlətdən biridir. Hər il ölkəmizə xeyli sayda azərbaycanlı gəlir və bu tendensiya ilbəil artmaqdadır”.
Gürcüstan Turizm Admistrassiyasının rəhbəri Georgiya Siqua həmçinin əlavə edib ki,Gürcüstandan Azərbaycana xeyli sayda turist gəlib:
“Bu il ki proqnozlarımıza görə, bu rəqəm 250 mini ötəcək. Azərbaycan bizim üçün vacib bir bazardır və biz bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq.”