Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onunla birgə saxlanılan iki nəfərin – Ülvi Nuriyev və Coşqun Salahovun məhkəməsi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, vəkil Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Kərimli və C.Salahov 25 sutka, Ü.Nuriyev isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, ötən gün axşam saatlarında üç naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırarkən ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və həmin şəxsləri nizam-intizama dəvət edib:
“Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan həmin şəxslər polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində həmin şəxslər barəsində tədbir görərək toplanmış materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.
O.Mansurzadə, həmçinin qeyd edib ki, saxlanılan şəxslərin kimliyi və onların arasında Əli Kərimlinin oğlunun da olması polisə sonradan məlum olub:
Saxlanılanların şəxsiyyəti sənədləşmə işi aparılarkən müəyyənləşib”.
Onlar İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (polisə tabe olmama) maddəsi ilə ittiham olunublar.
16:40
AXCP sədri Əli Kərimlinin oğlunun ittiham olunduğu maddə açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Türkel Kərimli və onunla birgə saxlanılan digər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilib.
Həmin maddə ilə təqsirləndirilən fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin oğlunun saxlanılmasına da aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, ötən gün axşam saatlarında üç naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırarkən ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və həmin şəxsləri nizam-intizama dəvət edib:
“Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan həmin şəxslər polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində həmin şəxslər barəsində tədbir görərək toplanmış materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.
O.Mansurzadə, həmçinin qeyd edib ki, saxlanılan şəxslərin kimliyi və onların arasında Əli Kərimlinin oğlunun da olması polisə sonradan məlum olub:
“Saxlanılanların şəxsiyyəti sənədləşmə işi aparılarkən müəyyənləşib”.