Cari ilin mart ayında ölkə enerjisistemində 2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Müqayisə üçün bildirək ki, ötən ayda elektrik enerjisinin istehsalı fevral ayının səviyyəsində qalıb, 2014-cü ilin yanvar ayı ilə müqayisədə isə 9% azalıb (2014-cü ilin yanvarında elektrik enerjisinin istehsalı 2,2 milyard kVt/saat təşkil edib).
Məlumata görə, ötən ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin I rübü ərzində isə 6,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Gülnarə Zeynalova
www.oxu.az