Aprelin 30-da saat 17:30 radələrində Azerfon şirkətinin Baş ofisinin yeməkxanasında yüngül konstruksiyalı asma tavanın bir hissəninin uçması ilə müşaiyyət olunan texniki qəza baş verib.
Xoşbəxtlikdən qəza nəticəsində heç bir ciddi xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a Azərbaycanın ən böyük mobil operatorlarından olan Azerfon şirkətindən bildiriblər.
Azerfon-dan qeyd ediblər ki, hadisə nəticəsində şirkətə keytrinq xidməti göstərən şirkətin əməkdaşı yüngül xəsarət alıb
“Və ona dərhal lazımi tibbi yardım göstərilib . Nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən olunması üçün hadisə yerinə dərhal aiddiyyatı qurumlar cəlb olunub. Hazırda vəziyyət nəzarət altındadır”.