“Azəriqaz” İstehsalat Birliyi yaxın günlərdə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar qaz təchizatında hər hansı bir problemin yaranmayacağını bildirib.
Bu barədə qurumdan Oxu.Az-a ölkədə yaxın günlərdə gözlənilən kəskin hava şəraiti ilə bağlı xəbərləri şərh edərkən bildiriblər.
İB-dən qeyd ediblər ki, qurum qışa hazırlıqla əlaqədar yay mövsümündə istisamara yararsız köhnə boruları yenisi ilə əvəz edib və təmir-bərpa işlərini tamamlayıb.
“Qaz xətlərinin üzərində qaz tənzimləyici cihazlar saz vəziyyətə gətirilib. Hava şəraitindən asılı olmayaraq, əhalinin təbii qaza olan tələbatı ödəniləcək”, - deyə qurumdan bildirilib.