Qəbələ və Suraxanı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində ilə əlaqədar saat 15:00-dək Suraxanı rayonunun bir hissəsinə, saat 17:00-dək isə Qəbələ şəhəri də daxil olmaq rayonun Zarağan, Daşlıca, Aydınqışlaq, Vəndam və Nohurqışlaq kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.