2014-cü ilin iyun ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 66549555 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 151,4 faiz vəsait toplanıb.
Oxu.Az xəbər verir ki, İB-dən verilən məlumata görə, cari ilin iyun ayı ərzində əhali sektoru üzrə debitor borc 5,8 faiz azalıb.
Eyni zamanda, ötən ay qeyri-əhali sektoru üzrə 108509517 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,3 faiz vəsait toplanıb.
“2014-cü ilin 6 ayı ərzində ümumilikdə əhali sektoru üzrə 1463218823 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 100,2 faiz, qeyri-əhali sektoru üzrə isə 997776 888 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,1 faiz vəsait toplanıb”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az