Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Azəristiliktəchizat” payız-qış mövsümünə yekun vurub
“Respublikanın dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin noyabr ayının 15-dən istiliklə təmin edilməsinə başlanılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verib.
“Bu məqsədlə 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 qiqavat istilik enerjisi istehsal edilib”, - deyə o əlavə edib.
İlhamə Əbülfət
"Azəristiliktəchizat ASC" teqi üzrə xəbərlər
- Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir?
- "Dörd gündür istilik verilmir" - "Azəristiliktəchizat"dan ŞİKAYƏT
- "Dörd gündən çoxdur istilik verilmir" - Xətaidən ŞİKAYƏT
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- İstilik təchizatı xidməti üzrə tariflər dəyişdi