Azərbaycanın ilk “Azerspace/Africasat-1a” telekommunikasiya peykinin Yer kürəsinin geostasionar orbitinə çıxmasından artıq bir il ötür.
Oxu.Az bildirir ki, orbitə çıxış, Cənubi Amerikanın şimali-şərqində yerləşən Fransa Qvianasından, Kuru kosmodromundan fransız raketdaşıyıcısı “Arianespace” tərəfindən həyata keçirilib.
Peyk amerika kompaniyası “Orbital Sciences Corporation” tərəfindən “STAR-2” peyk platformasında qurulub.
“Azerspace-1” peyki, Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrini əhatə edir.
Peykin istismarına ötən ilin mayından başlanılıb.
“Azerspace-1” peykinin istismarı 15 il üçün nəzərdə tutulub.
Proqnozlara görə orbitdə olduğu müddət ərzində peykin istismarından əldə edilən gəlir 600 milyon dollara yaxın olacaq. Gözlənilən gəlir isə 420 milyon dollardan az olmayacaq.
Kommersiya istismarına başlanılan müddətdən, yəni ötən ilin may ayından “Azerspace-1” 10 milyon dollar məbləğində olan ilkin gəlir əldə edib.
Bu gün üçün Azərbaycan, kosmik peyki olan MDB-də üçüncü, regionda isə yeganə ölkədir.
Amma bu son deyil. Ölkənin gələcək planlarına orbitə ikinci telekommunikasiya “Azerspace-2” peykinin buraxılması daxildir.
Peykin buraxılışı 2017-ci il üçün nəzərdə tutulub.