Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Gürcüstanın The Georgian Public Broadcasting (GPB) şirkəti arasında Adjara TV kanalının kommersiya yayımına dair müqavilə imzalanıb.
Bu barədə “Azərkosmos” dan Oxu.Az-a bildirilib.
Qeyd edək ki, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir.
Şirkətin tərkibində fəaliyyət göstərən televiziya kanalları vasitəsilə əsasən, ictimai-siyasi proqramlar, musiqi verilişləri, bədii, cizgi və sənədli filmlər nümayiş olunur. Adjara TV kanalı 2016-ci ildən etibarən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.
Peyk operatoru, həmçinin, Ukraynanın Radio 24 və Lux FM radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqili və informativ proqramların səsləndiyi radio kanallar Azerspace-1 peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11016/171 tezliyi ilə yayımlanır.
Ülviyyə R. Əli
www.oxu.az