Beynəlxalq Energetika Agentliyi (BEA) 2016-cı ildə neftə olan dünya tələbatının proqnozlarını pisləşdirib, bu proqnozlar gün ərzində 0,1 milyon barel azalaraq 95,7 milyon bareldən ibarət olub.
Oxu.Az “Praym”a istinadən xəbər verir ki, bu barədə agentliyin aylıq hesabatında bildirilib.
“Yaponiya, Avropa və ABŞ-da temperatur göstəricilərinin elə də aşağı olmaması, bununla yanaşı, Çin, Braziliya, Rusiya və digər xammallardan asılı olan ölkələrin zəif iqtisadi göstəriciləri neftə olan tələbatın üçüncü rübdə beş illik maksimuma qədər (gündə 2,2 milyon barel), dördüncü rübdə isə illik minimuma (gündə 1 milyon barel) qədər azalmasına gətirib çıxardı”, - hesabatda qeyd edilir.
2015-ci ildə BEA-nın proqnozlarına görə, neftə olan tələbat gündə 94,5 milyon bareldən ibarət oldu.
OPEK-in neft hasilatı dekabrda 90 min barel azalaraq gündə 32,28 milyon bareldən ibarət olub, bura təşkilata yeni daxil olan İndoneziya üzrə də məlumatlar daxil edilib.
OPEK-in iki iri hasilatçısı Səudiyyə Ərəbistanı və İraqda hasilat azalıb. Bununla yanaşı İranda hasilat 40 min barel artıb – gündə 2,91 milyon barel, 2012-ci ilin iyunundakı maksimuma qədər artıb.
“OPEK-in ümumi hasilat həcmi bir il bundan əvvəlki gündəlik göstəricidən 1,06 milyon barel artıb, bu, qiymətlərin 12 illik minimuma enməsinə vasitə olub”, - BEA ekspertləri belə qeyd ediblər.
2016-cı ilin nəticələrinə görə, OPEK üzvlərinin neft hasilatı günə 32 milyon bareldən artıq ola bilər, BEA-dan qeyd ediblər (2015-ci ildə 32,02 milyon brel olub).
2016-cı ildə OPEK üzvü olmayan ölkələrdə BEA-nın proqnozlarına görə neft hasilatı 0,6 milyon barel azalaraq gün ərzində 57 milyon bareldən ibarət olub.