Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9 km-də, Şirvan şəhəri ərazisində Kür çayı üzərində yeni körpünün tikintisinin son tamamlanma işləri ilə əlaqədar yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O əlavə edib ki, qeyd edilən yolda hərəkət iyulun 18-dən 20-nə kimi bağlı olacaq:
“Sürücülərə alternativ yoldan istifadə etmələrini tövsiyə edirik”.