“Azneft” İstehsalat Birliyində 2014-cü ilin texniki-iqtisadi yekunlarına dair hesabat müşavirəsi keçirilib.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Birliyin Baş direktoru Daşqın İskəndərov 2014-cü ildə neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, əsaslı tikinti və infrastrukturun abadlaşdırılması, tətbiq edilən yeni texnologiyalar, kadrların inkişafı, əməyin təhlükəsizliyi, ekologiya və sosial sahələrdə əldə edilmiş nailiyyətlərdən söz açıb.
Birliyin İqtisadiyyat və Uçot İdarəsinin rəisi M.Əlizadə 2014-cü il üzrə maliyyə-iqtisadi göstəricilər barədə danışıb, əmək məhsuldarlığı, əmtəəlik məhsula çəkilən xərclər, satışların rentabelliyi, kapitalın və aktivlərin gəlirliliyi kimi göstəriciləri müqayisəli şəkildə təhlil edib.
Baş mühəndis - Baş direktorun birinci müavini B.Ağarəhimov texniki-istehsalat göstəriciləri barədə məlumat verib.
www.oxu.az