Lisenziyası ləğv edilmiş “Parabank” “PARA” bank olmayan kredit təşkilatına (BOKT) çevrilir.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Vəli Quliyev olan BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır.
Qeyd edək ki, “PARA” BOKT lisenziya almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.
“Biz onlara bank olmayan kredit təşkilatı lisenziyası verilməsinə Direktorlar Şurasının növbəti iclasında baxacağıq”,- Palatanın sədri Rüfət Aslanlı jurnalistlərə bildirmişdi.
Palatanın sədri qeyd etmişdi ki, lisenziyanın bankın 11 filialına da verilməsi nəzərdə tutulur.
| Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları | |||||||
| Kommersiya qurumunun adı | VÖEN | Təşkilati-hüquqi forması | Hüquqi ünvanı | Nizamnamə kapitalı | Maliyyə ili | Qanuni təmsilçi | Dövlət qeydiyyatına alındığı tarix |
| “PARA” BANK OLMAYAN KREDİT TƏŞKİLATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ | 9900004121 | Açıq səhmdar cəmiyyəti | AZ1022, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN, ev 60 | 38887000.00 AZN | 01.01 - 31.12 | VƏLİ QULİYEV ELDAR OĞLU | 03.12.1992 |
U.A.
www.oxu.az