ABŞ prezidenti Donald Tramp İraqı vətəndaşların Birləşmiş Ştatlara daxil olması, onların müvəqqəti məhdudlaşdırılması ilə bağlı tərtib edilən ölkələrin siyahısından çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbəyə əsasən “Associated Press” məlumat yayıb.
Məlumata görə, Pentaqon və Dövlət Departamenti Prezident Administrasiyasına bununla bağlı təzyiq göstəriblər. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.
Qeyd edək ki, bu gün, martın 1-də Trampın immiqrasiya haqqında yeni fərman imzalayacağı gözlənilir.
N.О.
www.oxu.az