Sabahdan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunmayan əmanətlərinin qaytarılmasına başlanacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın kreditorlarına müraciət edib.
Müraciətdə bildirilir ki, mayın 11-dən etibarən təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada ödəniş həyata keçiriləcək.
Bu, növbəlilik sırasında 7-ci olan 50 min manat ekvivalentindəki ödənişlərə aiddir.
Kompensasiyalar fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən ofisindəki müştəri xidməti şöbələrində ödəniləcək.
U.A.
www.oxu.az