“Azərbaycan Hava Yolları” Bakı-Aktau-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiya elan edib.
AZAL-dan Oxu.Az-a verilən məlumata görə, Bakı-Aktau-Bakı istiqamətində biletin qiyməti 213 Avro, Aktau-Bakı-Aktau istiqamətində isə 263 ABŞ dollar təşkil edir.
Qeyd edək ki, aksiya mayın 24-dək davam edəcək.
Ülviyyə R. Əli
www.oxu.az