“Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərini Çexiya krediti hesabına görmüşük”.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan əlavə 30 km əsaslı təmir işlərini isə daxili imkanlarımız əsasında aparmışıq.
“Hazırda 600 km barədə sənədlər tamamlanmaq üzrədir. Bu ilin dekabr ayından başlayaraq yol təmiri yenidən davam edəcək”, - deyib A.Əsgərov.