Ukraynanın “Dnipravia” şirkəti mayın 17-dən Dnepropetrovsk-Bakı-Dnepropetrovsk marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Oxu.Az Marja-ya istinadən bu barədə xəbər verir.
Hazırda Ukrayna şəhərlərindən yalnız Kiyevə Bakıdan uçuşlar var.
Əvvəllər Simferopola da reyslər olurdu, lakin Krım hadisələrindən sonra bu reys dayandırılıb.
İyundan Bakı-Lvov mövsümi aviamarşrutu da açılacaq.