“Bakı Fond Birjası” QSC (BFB) ötən il üzrə maliyyə hesabatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, BFB-nin cari ilin yanvar ayının 1-nə cəmi aktivləri 3,21 mln. manat olub. Hansı ki, 2015-ci ilin sonuna bu rəqəm 3,36 mln. manat təşkil edirdi. Bu da BFB-nin aktivlərinin 4,5% azalması deməkdir.
Birjanın cəmi öhdəliklərinə gəlincə, hesabat dövründə 39,842 min manat olub. Ötən il BFB-nin gəlirləri 1,104 mln. manat, xərcləri 1,221 mln. manat olub. Birjanın mənfəət vergisindən əvvəlki zərəri 116,761 min manat təşkil edib. Onu da qeyd edək ki, BFB cəmi 480 manat mənfəət vergisi ödəyib. O cümlədən birja 2015-ci ildə mənfəət vergisindən əvvəl 61,957 min manat mənfəət əldə etmişdi.
Beləliklə, BFB-nin il üzrə zərəri 116,281 min manat olub. Halbuki 2015-ci ildən 36 min manat xalis mənfəətlə çıxmışdı.
Birja tərəfindən kredit təşkilatlarından alınacaq məbləğlərdə azalma 29,201 min manat olub. BFB-nin komissiya üzrə debitor borcunda 8,903 min manat artım baş verib. Müqayisə üçün bildirək ki, 2015-ci ildə komissiya üzrə debitor borcda 154,042 min manat azalma olmuşdu.
L.Ə.