“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqamətində uçuşlarında xüsusi aksiya elan edib.
Oxu.Az AZAL-ın rəsmi saytına istinadla xəbər verir ki, aksiya çərçivəsində Bakı-İstanbul-Bakı reysi (İstanbul-Bakı-İstanbul) (Sabiha Gökcen) – сəmi 239 Avro/279 ABŞ dolları təşkil edir.
Uçuş və satış tarixləri cari ilin oktyabrın 1-nə kimidir. Qiymətə yığımlar və rüsumlar daxildir. Yerlər məhdud ola bilər.