Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Bakı KOB evi"ndə yeni xidmət
Dövlət Dəniz və Liman Agentliyi müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulunu və hazır sənədlərin verilməsini "Bakı KOB evi"ndə həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, "Bakı KOB evi"ndə daha bir xidmət fəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi "Bakı KOB evi"ndə həyata keçirilir. Bu xidmətlərdən istifadə etmək istəyənlər DDLA-nın "Bakı KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, "Bakı KOB evi"ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- "Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib
- Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
- Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub
- "Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdılar
- İqtisadi-ticari əlaqələrin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb