Bakıda 8 Noyabr prospektində bərpa-quruculuq işləri yekunlaşmasa da, bəzi hissələrdə səkilərin daralması narazılıq yaradıb.
Oxu.Az xəbər ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Vətəndaş bildirib ki, prospektdə geniş şəkildə olan səki ticarət obyektinin qarşısına çatanda tam daralır və parkinq ərazisinə çevrilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 8 Noyabr prospektində qeyd olunan ərazidə aparılan bərpa-quruculuq işləri çərçivəsində səki infrastrukturu parametrlərinə toxunulmadan saxlanılıb və yenilənib.
"Sözügedən ərazidə piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti üçün lazımi şərait mövcuddur. Səkilərin yaradılması istiqamətində işlər davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova
Rəylər