Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib
"Azərbaycan minalarla çirklənmə faizinə görə dünyada ilk beşlikdədir".
"Report" xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, Horadiz əməliyyatı zamanı işğaldan azad edilən Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib:
"Həmin kəndlər cəmi 3-4 ay işğal altında qalmışdı. Bu rəqəmlərə baxdıqda 30 ildən çox işğalda saxlanan torpaqlarımızda milyon yarımdan çox minanın olması təəccüblü deyil".
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- "Improtex Industries"in mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib
- ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI