Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Bakı KOB evi"nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər?
2024-cü ilin yanvar-iyun aylarında sahibkarlar "Bakı KOB evi"nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Qeyd olunub ki, sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edir.
Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 121 122 (76.69%), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - 13 196 (8.36%), Dövlət Vergi Xidməti - 2 793 (1.77%), Dövlət Gömrük Komitəsi - 1 113 (0.70%), Fövqəladə Hallar Nazirliyi - 586 (0.37%), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) - 473 (0.30%), İqtisadiyyat Nazirliyi - 434 (0.27%), Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi - 288 (0.18%), Qida Təhlükəsizliyi Agentliyi - 141 (0.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0.04%) tərəfindən göstərilib.
Bu 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər "Bakı KOB evi"nə edilmiş ümumi müraciətlərin 88,8%-ni (140 216) təşkil edir.
Qeyd edək ki, "Bakı KOB evi"ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan "G2B" və "B2B" xidmətlər göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında "Bakı KOB evi"ndə sahibkarlara 157 940 xidmət göstərilib ki, bunun 140 556-sı dövlət, 17 384-ü isə özəl qurumlar tərəfindən təmin olunub.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"