“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Krasnoyarsk istiqamətindəki uçuşlarında xüsusi aksiya elan edib.
Oxu.Az-a AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, aksiya müddətində Bakı-Krasnoyarsk istiqamətində uçuşların qiyməti cəmi 170 avro və ya 196 manat olacaq.
Uçuş və satış tarixləri cari ilin avqustun 7-nə kimidir. Qiymətə yığımlar və rüsumlar daxildir. Yerlər məhdud ola bilər.
Ülviyyə R. Əli
www.oxu.az