31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “ƏN Yeni İl” adlı konsert proqramı təşkil olunacaq.
Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geri-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək. Konsertə gələcək qonaqlara lotereya vasitəsi ilə sürprizlər ediləcək. Bilet nömrəsinə görə oynanılacaq lotereyada 1 şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq.
AAAF Holdinqə bağlı “AAAF Media” MMC-nin direktoru Rəşad Əliyevin sözlərinə görə, “AAAF İnşaat” hər zaman vətəndaşlarımızı sərfəli və rahat mənzillərlə təmin etmişdir. AAAF Park Yaşayış Kompleksi 2012-ci ildə “AAAF İnşaat” MMC tərəfindən tikintisinə başlanmış və uğurla həyata keçirilən böyük, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, təkrarolunmaz bir layihədir”.
Qeyd etmək istərdik ki, mənzil “AAAF İnşaat” MMC tərəfindən təqdim edilir.
E.Ə.
www.oxu.az