Bu ilin iyun ayından sentyabr ayına qədər Bakı-Rodos marşrutu üzrə çarter aviareysi açılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas bildirib.
Onun sözlərinə görə, keçən il açılan Bakı-Afina-Bakı aviareysi bir sıra səbəblərdən səmərəli olmayıb.
Qeyd edək ki, Rodos ərazisinə görə Yunanıstanın dördüncü adasıdır.